Mərdəkanlı ağsaqqal: "Ailənin idarəsində qadın daha etibarlıdır"
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin bu dəfəki sayında Mərdəkan sakini Rahib Balaxanov uğurlu evliliyin sirrindən bəhs edib.
O bildirib ki, köhnə toy adət-ənənələri indi də yaşadılır:
"Şadlıq evləri sonradan olub. Qız seçməkdə, oğlan evləndirməkdə böyüklərin, valideynlərin fikrini dinləyirlər, onları nəzərə alırlar. Düzdür, indiki gənclər çox sərbəstdirlər, çünki evdən kənarda çox olurlar. Amma evlənmək elə məsələdir ki, orada ailə müdaxiləsi yaxşı mənada olmalıdır".
Mərdəkan sakininin sözlərinə görə, ailəni kişi idarə edə bilər, amma qadın daha etibarlıdır.
R.Balaxanov ovaxtkı ailələrdə qayınanaların daha çox hökmran olmasını belə izah edib:
"O vaxtlar qızlar çox bayır-bacaya çıxmırdılar. Ev şəraitində böyüdüklərinə görə onların müqəddəratını ata-anaları həll edirdilər. Qız da heç nə demirdi. Bu gün isə belə deyil. Seçimi artıq onların özlərinə buraxırıq. Elə özü seçib evlənənlərin arasında da boşananların sayı-hesabı yoxdur".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda daha bir küçədə mikromobillik imkanları genişləndirilir
Daha bir küçədə mikromobillik imkanları genişləndirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, görülən işlər çərçivəsində Kövkəb Səf...