Məktəbli formaları dəyişdiriləcəkmi? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəbli formaları ilə bağlı qaydalar hazırlanıb və artıq ictimai müzakirəyə çıxarılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
Nazir yeni qaydaların yaxın zamanda qəbul ediləcəyinə ümid etdiyini bildirdi:
“Məktəbli forması şagird üçün önəmlidir. Formanın görünüşü şagirdlərin sosial status cəhətindən bir-birindən fərqlənməsini göstərməməlidir. Eyni zamanda bu forma şagirdlərin ümumi zövqünün formalaşması baxımından da uğurlu seçilməlidir.
İnanıram ki, bizim təsdiq edəcəyimiz məktəbli forma nümunələri həmdə əlçatanlığı baxımdan əlverişli olacaq. Valideyn icmasının və məktəb rəhbərliyinin də bu istiqamətdə qərar verən tərəf olduğunu düşünürəm”.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...