Məktəblərə narkotik vasitələr gətirirlər? - RƏSMİ AÇIQLAMA

Məktəblərə narkotik vasitələr gətirirlər? - RƏSMİ AÇIQLAMA
Sosial 168

Sosial şəbəkələrdə təhsil müəssisələrinə narkotik vasitələrin gətirilməsilə bağlı məlumatlar yayılır.

BAKU.WS xəbər verir ki, iddialara görə, kimlərsə şagird və tələbələri narkotik vasitələrə öyrəşdirməyə çalışırlar.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, məktəblilər və tələbələr arasında narkotik istifadəçiləri olması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır.

“Bunu qəsdən yayırlar ki, cəmiyyətdə çaşqınlıq yaransın. Heç bir fakt yoxdur. Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeyd-şərtsiz yoxlanılır. Hətta feyk-nyuslar belə diqqətdən kənarda qalmır.

Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər