Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
Sosial 6220

“Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.

Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:

“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...

3852 Sosial 21:33 26 fevral 2020

Son xəbərlər