Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəblərdə tənəffüs zamanı ənənəvi qaydada zəng çalınmayacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.
Qeyd edilib ki, tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacaq. Tənəffüslərin vaxtı hər bir sinif üçün növbəli qrafiklə tənzimlənəcək. Hər bir müəllim dərsini bitirdikdə bütün şagirdlərin sinfi tərk edərək tənəffüsə çıxmasına ciddi nəzarət etməlidir.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...