Məktəblərdə rus bölməsi niyə azdır? - Nazir cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizim rus bölməsinə məhdud sayda yerimiz var. Ümumilikdə 14 min yerimiz var. Əgər 14 minlik yeri 18 min nəfər istəyirsə, biz 4 min nəfərə yox demək məcburiyyətindəyik. Nəzəri olaraq hamı rus bölməsində oxumaq istəsə də, bizim o qədər yerimiz yoxdur".
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"Bəzi məktəblərdə boş yerlər var. Biz uşaqları ora yerləşdiririk. Azərbaycan respublikasında təhsil hər bir azərbaycan vətəndaşına azərbaycan dilində verilir. Biz öz dilimizdə keyfiyyətli təhsil verə bilirik. Bu işin öhtəsindən gəlirik.
Hazırda rus bölməsi üzrə elan etdiyimiz vakant yerlərin bəzən 15%-ni doldura bilirik. Övladını rus sektoruna qoyan valideyn düşünməlidir ki, onun övladına kim dərs deyəcək? Biz rus bölmələrinin keyfiyyətini saxlayırıq. Hazırda rus bölməsinin sayını artırmaq qeyri mümkündür",-deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...