“Məktəblərdə qış rejiminə havaya əsasən keçmək lazımdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi nəticəsində məktəblərdə soyuq olmasını, uşaqların xəstələnməsi və bu xəstəliyin daha sonra uşaqlar arasında yayılmasını nəzərə alaraq, məktəblərdə qış rejiminə keçidin 15 noyabrda deyil, havanın temperaturuna uyğun tənzimlənməsinə ehtiyac var”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdəki iclas zamanı Ombudsman Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, orta məktəblərdə qış rejimində məktəblərin isidilməsinə əlavə vəsaitlərin dövlət büdcəsi hesabına ödənilməsinə də ehtiyac var. Ombudsman həmçinin məktəblərdə əlavə dərs vəsaitlərinin təmin edilməsi və peşəkar psixoloqların artırılmasına vəsait lazım olduğunu da qeyd edib.
S.Əliyeva bildirib ki, yeni tələbə yataqxanalarının tikilməsi işi davam etdirilməlidir.
Oxşar xəbərlər
Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?
Mütəxəssislər deyirlər ki, uşaqların müəyyən yaşa qədər telefon, kompüterdən uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb ol...