Məktəbdə döyüldüyü iddia edilən şagirdlə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır
Dünən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
Bildirilib ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
"Qeyd edirik ki, idarə, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Aparılan araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda son bir ildə 11 meyitdən orqan köçürülməsi həyata keçirilib
Azərbaycanda son bir ildə beyin ölümü keçirmiş 11 meyitdən orqan transplantasiyası həyata keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Göm...