Məktəb Gündəliyində biabırçı səhv: Vətən müharibəsinin tarixi təhrif edildi - FOTO

Məktəb Gündəliyində biabırçı səhv:  Vətən müharibəsinin tarixi təhrif edildi - FOTO
Foto
Sosial 962

Azərbaycanda rus bölməsi şagirdləri üçün çap edilən yeni Gündəliklərdə kobud səhvə yol verilib.

BAKU.WS xəbər verir ki, Gündəlikdə şagirdlər üçün nəzərdə tutulan erməni işğalından azad edilən şəhərlərimizin tarixləri əks olunan yaddaşda yanlışlıq olub. Belə ki, Laçının işğaldan azad olunduğu gün səhv olaraq 1 oktyabr kimi qeyd edilib. Bu da şagirdlərin səhv məlumatlandırılması ilə nəticələnir.

Qeyd edək ki, Azərbaycan bölməsi üçün nəzərdə tutulan Gündəlikdə həmin tarix doğru olaraq 1 dekabr kimi qeyd olunub.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən problemlə bağlı qurumun müvafiq şöbəsinin məşğul olacağını və nəticə barədə məlumat veriləcəyini bildirdilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər