Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

31
okt
2019
15:18
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.BAKU.WS xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında aşağıdakılar qeyd edilib:“Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”
Oxşar xəbərlər
Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb
Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.BAKU.WS xəbər verir ki, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərba...
