Mehman Əhmədli: "Hazırda bu sahədə özümə rəqib görmürəm"
"Deyişmə zamanı güclü rəqabət olanda meyxana daha maraqlı və keyfiyyətli alınır, dinləyici də bundan zövq alır".
Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan meyxana ustası Mehman Əhmədli deyib.
O bildirib ki, bəzi meyxanaçılar məclisə qrup şəklində qatılırlar və əsas məqsədləri toyu yola vermək, qazanc əldə etmək olur.
Mehman Əhmədlinin sözlərinə görə, əsl rəqabət iki güclü meyxanaçının meydanda üz-üzə gəlməsi zamanı yaranır və nəticədə daha sanballı meyxana ortaya çıxır.
O əlavə edib ki, hazırda bu sahədə heç kimi özünə rəqib görmür:
"Vaxtilə bu rəqabəti rəhmətlik Aydınla yaşamışam. Onunla həyatda dost idik, amma meydana çıxanda sözlə bir-birimizi "qırırdıq", əsl meyxana deyirdik".
Oxşar xəbərlər
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir. BAKU.WS xəbər ver...