Məhkəmə sevgilisinə əzab verən şəxslə bağlı qərar çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Apellyasiya Məhkəməsində sevgilisinə əzab verməkdə təqsirləndirilən Habil Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Habil Məmmədov bir il üç ay müddətinə azadlıqdan məhrum olunub. İttihama görə, 1974-cü il təvəllüdlü H.Məmmədovun 2010-cu il tarixdən qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Qərənfil Quliyeva (şərti) dəfələrlə mobil telefonla kənar şəxslə danışıb. Q.Quliyeva telefonla danışdığı şəxsin kimliyini H.Məmmədovdan gizlədib. Bu əsasla H.Məmmədov 29 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Q.Quliyeva ilə birlikdə yaşadıqları ünvanda qadına əl və ayaq zərbələri yetirib, onu taxta parçası ilə vurub. Daha sonra H.Məmmədov bir neçə dəfə də Q.Quliyevanı döyərək ona xəsarətlər yetirib. H.Məmmədov Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham olunub.
Oxşar xəbərlər
Rüşvətdə ittiham olunan keçmiş müstəntiq yenidən məhkəmə qarşısında
Bakıda dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Müşfiq Abbasovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. BAKU.WS pravda.az-a istinadə...