MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərə müraciət edib.
Bu barədə BAKU.WS-ə agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlmişdir.
Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq.
Oxşar xəbərlər
Son vaxtlar niyə hamını "tok vurur"? - Həll yolu
Son vaxtlar bir çox insan gündəlik həyatda metal qapıya, lift düyməsinə və ya avtomobilin qapısına toxunarkən xırda elektrik zərbəsi hiss etdiyini bildirir. Müt...