Media.Az xəbər portalının 7 yaşı tamam olur

Bu gün Media.Az xəbər portalının 7 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu auditoriyası toplayıb.
Media.Az bütün sutka ərzində, günün 24 saatı işləyir, saytda rus dilində xəbərlər dərc edilir.
Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Media.Az portalı geniş oxucu auditoriyasına malikdir.
Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Media.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.
Qeyd edək ki, Media.Az "Global Media Group"a daxildir.
BAKU.WS kollektivi adından həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.
Oxşar xəbərlər
Gəncədən Sankt-Peterburqa təxirə salınmış uşuş baş tutub
Gəncədən Sankt-Peterburqa təxirə salınmış uşuş baş tutub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, AZAL-a məxsus J2 5122 təyyarəsi Gəncə Hava Limanından qalx...
