Məcburi köçkün 30 il yaşadığı evi dağıtdı - İDDİA

Məcburi köçkün 30 il yaşadığı evi dağıtdı - İDDİA
Video
Sosial 452

Ağdamdan olan məcburi köçkün ailəsinin 30 il yaşadığı evdən çıxmaq üçün sahibindən 20 min manat tələb etdiyi, pul verilmədiyi üçün isə evi sökərək yararsız hala saldığı iddia olunub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ev sahibi sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, 1993-cü ildə Ucar rayonunda yerləşən "Azərittifaq"dan qalma quşçuluq fermasındakı evini Ağdamdan olan məcburi köçkün Vəli Haqverdi oğlu Əfəndiyevə yaşamaq üçün verib.

Vurğulanıb ki, məcburi köçkün ailəsi bu yaxınlarda evi və fermanın bir hissəsini, ona məxsus sexi sökərək dağıdıb, texnikanı isə satıb:

"Dedi ki, 20 min manat verməsən, erməni necə Ağdamı dağıdıbsa, mən də buranı dağıdacağam. Gedəndə də sökdülər. Transformatorumu, yem aparatımı satıblar, sexi dağıdıblar. Fermamda heç nə qalmayıb. Otaqlara baxın, görün nə günə qoyublar. Hamısını traktorla qəsdən söküblər. 30 il yaşamısan burada, nəyə görə sökürsən? Döşəmələri linglə deşiblər. Evin damını traktorla qopardıblar ki, sonradan burada yaşamaq mümkün olmasın. 20 ağacımı da kəsiblər".

Oxşar xəbərlər

Son xəbərlər