MİDA-dan bugünkü mənzil satışı ilə bağlı STATİSTİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.
BAKU.WS MİDA-nın yaydığı məlumata istinadən xəbər verir ki, qurum bəyan edib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.
Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Xatırladaq ki, bugünkü satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını bildiriblər.
Oxşar xəbərlər
Regionda ilk "Sosial ev"lərin satışı başlanır - Aylıq 207 AZN - RƏSMİ
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır. BAKU.WS xəbər verir ki, bu barədə...