"McDonald"s Azərbaycan" sahilboyu ərazidə təmizlik aksiyası keçirib

McDonalds Azərbaycan sahilboyu ərazidə təmizlik aksiyası keçirib
Foto
Sosial 45

"McDonald"s Azərbaycan" şirkəti Bilgəh çimərliyində təmizlik aksiyası keçirib.

Aksiya sentyabrın 18-də, "McDonald"s Azərbaycan" və "Care Group" şirkətlərinin yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması məqsədilə həyata keçirdiyi "Eco-Ambassadors" layihəsi çərçivəsində baş tutub.

Aksiya çərçivəsində "McDonald"s Azərbaycan"ın əməkdaşları və 1 saylı internat məktəbinin şagirdləri sahili zibildən və məişət tullantılarından təmizləmək üçün bir araya gəliblər. Bu tədbir, şirkətin gənclər arasında ekoloji mədəniyyətin formalaşdırılmasına yönəlmiş uzunmüddətli proqramı çərçivəsində atılan mühüm addımdır.

İlin sonunadək davam edəcək "Eco-Ambassadors" layihəsinin məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmə aparmaq və onlara təbiətin mühafizəsi bacarıqlarını aşılamaqdır.

Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, plastik tullantıların idarə olunması üçün konteynerlərin, eləcə də tinglik qutuların quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi aksiyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması həyata keçirilir.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi daim "McDonald"s Azərbaycan" şirkətinin prioritet istiqamətləri sırasında olub. Bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.

Son xəbərlər