Maska taxmamağa görə cərimələr təsdiqləndi

Maska taxmamağa görə cərimələr təsdiqləndi
Sosial 7746

Milli Məclisin bu gün keçirilən plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələri müəyyən edib.

BAKU.WS yenicag.az-a istinadən məlumat verir ki, məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər