Maşınla suyu gətirən kim, marketdən alan kim: Əhali niyə çarəsiz qalıb?
Səbail rayonunun Bayıl qəsəbəsində sakinlər su problemindən şikayətçidirlər.
Ömər Faiq Nemanzadə küçəsi, 98 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidə artıq 10 gündür su yoxdur.
Sakinlər bildirirlər ki, əraziyə su, adətən, günaşırı verildiyi üçün evlərin qarşısındakı çənlərdən istifadə olunur. Lakin son 10 gün ərzində çənlərdəki su ehtiyatı da tükənib.
Vətəndaşların sözlərinə görə, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, suyun nə vaxt veriləcəyi ilə bağlı onlara dəqiq məlumat verilməyib.
Hazırda sakinlər gündəlik su tələbatlarını su daşıyan avtomobillər vasitəsilə ödəməyə, yaxud marketlərdən su almağa məcbur olduqlarını deyirlər.
Oxşar xəbərlər
Respondentlərin 88%-dən çoxu 16-dan aşağı olanların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir - SORĞU
Medianın İnkişafı Agentliyi tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, habelə sosial şəb...