Maşının rəngi texniki pasportda göstərilsə də, niyə cərimə meydançasına aparılıb? - AÇIQLAMA + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə meydançasına aparıldığını iddia edib.
Buna səbəb kimi nəqliyat vəsitəsinin rənginin qanunauyğun olmadığı göstərilib.
Müqəddəs Orucov "Xəzər Xəbər"ə bildirib ki, Dövlət Yol Polisi əməkdaşları ona aprelin 30-da Ziya Bünyadov prospektində “saxla” işarəsi veriblər. Saxlanmasına səbəb kimi avtomobilində rəng uyğunsuzluğu göstərilib.
Vətəndaş deyib ki, nəqliyyat vasitəsinin rəngləri texniki pasportda qeyd edildiyi halda onun saxlanması qanunsuzdur. 2019-cu ildən həmin avtomobili idarə edən sürücü indiyə kimi belə vəziyyətlə qarşılaşmadığını deyib:
“Polis əməkdaşları ona heç bir əsas göstərə bilməyiblər. Buna baxmayaraq nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin duracağa aparılmasının əsas səbəbi sürücünün 2 aydan artıq ödənilməyən cərimə borclarının olması ilə bağlıdır.
Qeyd edilib ki, bununla yanaşı, sürücü nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində damı qara nəzərdə tutulduğu halda sürücü avtomobilin qapılarının ətrafını və qapı dirəklərin də qanunsuz olaraq qara rəngə boyayıb.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...