Maşında yatan kişi sığınacağa yerləşdirildi

Maşında yatan kişi sığınacağa yerləşdirildi
Sosial 195

Qubada maşında yatan kişi sığınacağa yerləşdirildi.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, Qubada maşında yaşadığı bildirilən Məmmədbəy Məmmədbəyov Sosial Xidmətlər Agentliyinin yerli filialının əməkdaşları tərəfindən Bakı şəhərinə göndərilib:

“O, həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. Məmmədbəy dayı burada isti sığınacaqla, gündəlik qidalanma təmin olunacaq. Qaldığı müddətdə digər sosial xidmətlərdən də yararlanacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər