Masallıda üçəm dünyaya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub. Tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın 24.01.2026-cı il tarixində tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim-mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir. Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur
"Mənzil-istismar sahələrinin (JEK-lərin) fəaliyyəti və ümumilikdə yaşayış binalarının idarə edilməsi sistemi yenidən nəzərdən keçirilməlidir. Bu strukturların y...