Marneulidə 9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alınıb

25
mar
2020
13:26
Gürcüstanın Marneuli rayonundan olan 9 günlük körpə koronavirus şübhəsi ilə Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə klinikanın direktoru Levan Ratiani məlumat verib.
Onun sözlərinə görə, yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd olunub ki, koronavirusla bağlı testlər də artıq körpədən götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilir.
Oxşar xəbərlər
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 150-dən çox ölkədə rast gəli...
