“Manaf Ağayev məndən daha populyardır” - Azər Aydəmir
21
fev
2023
15:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Özümü populyar aktyor hesab etmirəm. Mənimlə yaşıd olan, sənətə eyni vaxtda gəldiyimiz bir çox aktyorlar var ki, mən onlar qədər məşhur deyiləm. Heç ilk onluğa da daxil deyiləm”.
BAKU.WS xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində tanınmış aktyor Azər Aydəmir deyib.
“Azərbaycan təkcə Bakıdan ibarət deyil. Məni Bakıda tanıyırlar, bəs rayonlarda? Populyar aktyor ona deyərlər ki, ucqar bir kəndə gedər, hansı qapını döyərsə, onu tanıyalar. Məni tanımırlar. Müğənni Manaf Ağayev məndən daha populyardır”, - aktyor bildirib.
Oxşar xəbərlər
"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir" - Azərbaycanda gey və lezbilər necə yaşayır?
"Təxminən on il bundan əvvəlki müddət ilə müqayisədə LGBT icması özünü daha rahat ifadə edə bilir. Bu, həm geyim, həm həyat tərzi, həm də peşə seçimində görünür...