Maklerlərin çoxluğu mənzil bazarında qiymətlərə təsir edir? – Ekspert AÇIQLADI

Maklerlərin çoxluğu mənzil bazarında qiymətlərə təsir edir? – Ekspert AÇIQLADI
Sosial 92

Azərbaycanda daşınmaz əmlak bazarında maklerlərin çoxluğu qiymətlərə birbaşa təsir göstərmir, lakin vətəndaşlara daha çox seçim imkanı yaradır.

Bu barədə BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Ekspert qeyd edib ki, maklerlər üç əsas kateqoriyaya bölünür: birincisi daşınmaz əmlakların tapılması və satılması ilə məşğul olan maklerlər, ikincisi peşəkar səviyyədə fəaliyyət göstərən rieltorlar, üçüncüsü isə əmlak brokerləridir. Brokerlər həm rieltorların, həm də maklerlərin fəaliyyətini əhatə edir, ərazini tədqiq edir, qiymətləndirməni həyata keçirir, hüquqi prosedurları nizama salır və əmlakı bazara təqdim edir.

V.Oruc əlavə edib ki, peşəkar maklerlərin sayı bazarda kifayət qədər deyil və əksər işçilər ya qeyri-peşəkardır, ya da iş yerlərini itiriblər. Onun sözlərinə görə, keyfiyyət sayı üstələməməlidir və maklerlərin maariflənməsi, qanuni və etik davranış qaydalarına riayət etməsi vacibdir.

Ekspert vurğulayıb ki, maklerlərin çox olması daşınmaz əmlakın qiymətinə birbaşa təsir göstərmir, əksinə vətəndaşlara seçim imkanı yaradır və bazar şəffaflığını artırır.

Şahanə Xankişiyeva

Son xəbərlər