Mağazada saxta araqlar aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunun İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus "Tac" topdansatış mağazasında keçirilən plandankənar yoxlama zamanı "Banketnaya" əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, orijinaldan fərqlənən və üzərində zədələnmə əlaməti olan içkilərin mənşəyi məlum olmayan spirtdən hazırlandığı, başlıq hissənin təkrar bərkidildiyi və istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək içkilərin satışının qarşısı alınıb, sahibkara icrası məcburi göstərişlər verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...