İlon Mask tvitterdən pul qazanmağın formulunu açıqladı

İlon Mask tvitterdən pul qazanmağın formulunu açıqladı
Sosial 105

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, tvitter sosial şəbəkəsinin sahibi iş adamı İlon Mask tvitter istifadəçilərinin platformada necə pul qazanacaqlarının formulunu açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, milyarder is adaşı Mask "Twitter Blue" və tvitterə gətirdiyi ödənişli abunə sistemlərindən sonra nə qədər qazandığını paylaşıb.

O öz hesabında abunəçilərin sayını göstərən ekran görüntüsünü paylaşdıqda, Maskın sosial şəbəkə hesabında abunə sistemindən nə qədər pul qazandığı ortaya çıxıb.

Musk abunə sistemi ilə bağlı tvitində pul qazanmağın bəzi məqamlarına toxunub.

O paylaşımında "Məzmun yaradıcıları bu platformada abunəlikləri aktivləşdirmək istəyə bilər. Parametrlərdə "Pul qazanma", yəni "Monetization" hissəsinə toxunmanız yetərlidir", - deyə bildirib.

İlon Maskın paylaşdığı fotoya görə, onun ən azı 27.400 mövcud abunəçisi var.

Maskın abunəçiləri isə iş adamına ayda təqribən 97 800 dollar qazandırır.

Qeyd edək ki, Mask, ayda 4 dollara onun hesbına abunə olan istifadəçilərin bir neçə həftədən bir ona istənilən sualı verə biləcəyini açıqlamışdı.

Oxşar xəbərlər

“Twitter”dən ödənişli abunəçilər üçün yeni funksiyalar

“Twitter”dən ödənişli abunəçilər üçün yeni funksiyalar

“Twitter”in ödənişli abunəçilər üçün istifadəyə verdiyi “Twitter Blue”nun istifadəçiləri artıq sosial şəbəkədə 60 dəqiqəlik videolar yerləşdirə biləcəklər. BAKU...

62 Sosial 23:30 24 dekabr 2022

Son xəbərlər