Ləman Ələşrəfqızına vəzifə verildi

Ləman Ələşrəfqızına vəzifə verildi
Sosial 2416
 

ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb. 

Musavat.com-un əldə etdiyi məlumata görə, tanınmış jurnalist "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib. 

Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl - bu il uyunun 16-da qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə dalaşmışdı. 

Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. "Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovdur.

BAKU.WS

Oxşar xəbərlər

Prezident ərzaq məhsullarının tədarükü ilə bağlı sərəncam imzaladı

Prezident ərzaq məhsullarının tədarükü ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Əbülfət Novruz oğlu Qocayevin "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təy...

2014 Siyasət 19:44 02 sentyabr 2016

Son xəbərlər