Əli Həsənovun həbsdə olan nəvəsinin klubu satıldı

05
may
2018
12:23
Artıq vəzifəsindən uzaqlaşdırılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev sahibi olduğu deyilən Soho club satılıb. BAKU.WS-in məlumatına görə, Əli Hənənovun nəvəsi tərəfindən satılmış klub artıq TABOO LOUNGE & CLUB!adı altında yenidən fəaliyyətə bşlayıb. TABOO LOUNGE & CLUB-un dünən təntələli açılış mərasimi də baş tutub. Qeyd edək ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobil ötən ilin avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Hadisədən bir müddət sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olmasının tam təsdiq edildiyini bildirmişdi. Məhkəmənin hökmü ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.Azər Ələkbərov BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənovun nəvəsi şikayət etdi - Yenidən məhkəmə keçiriləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarılacaq.BAKU.WS-in...
