Ləzzəti ilə şöhrət qazanan kütüm niyə bazarlardan yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA

Ləzzəti ilə şöhrət qazanan kütüm niyə bazarlardan yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA
Açıqlama
Sosial 1589

Azərbaycanda uzun illərdir Xəzər dənizi hövzəsində geniş yayılmış kütüm balığının sayı kəskin şəkildə azalıb.

Bu növ ölkənin iqliminə uyğunluğu, həm də iqtisadi və ekoloji əhəmiyyəti ilə seçilsə də, artıq nəsli kəsilmək üzrədir.

Maraqlıdır, hazırda kütüm balığının artırılması və qorunması istiqamətində hansı tədbirlər görülür?

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, bu günə kimi bazarlarda görünən kütüm balıqları kvota miqdarında Xəzərdən ovlanmış balıqlardır:

"Ehtiyatların qiymətləndirilməsi zamanı məlum olur ki, kütümün ehtiyatı azdır, ona görə kvotalar məhdud sayda verilir.

Ona görə də bazarlarda insanlar üçün kütüm əlçatanlığı ildən-ilə azalır. Bu balıq növünün akvakulturaya keçidi ilə bağlı da müəyyən işlər planlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bizim qurumun balasına keçən təsərrüfatların birində planlaşdılır ki, kütüm də akvakulturada yetişdirilsin. Eyni zamanda ehtiyatların bərpası istiqamətində də müəyyən işlər görülür".

Orxan Hüseyn

Oxşar xəbərlər

Bu şəhərdə mərkəzi park TƏMİR OLUNACAQ

Bu şəhərdə mərkəzi park TƏMİR OLUNACAQ

Ağsu şəhərində 2025-ci ildə genişmiqyaslı abadlıq işləri həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, layihə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən elan olun...

54 Sosial 23:21 28 oktyabr 2025

Son xəbərlər