Leyla Quliyeva: "Əks halda heç nə dəyişməyəcək" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Leyla Quliyeva fərqli fotosessiya etdirib.
BAKU.WS xəbər verir ki, o, cənub bölgəsinin ən böyük şəhəri Lənkəranda yeni şəkillər lentə alıdırıb. Aparıcı Çay plantasiyasında obyektiv qarşısına keçərək müxtəlif pozlar verib.
Bu barədə Quliyeva şəxsi instaqram hesabında məlumat verib. O, yeni fotolarını ilzəyiciləri ilə bölüşüb. Leyla paylaşımına bu sözləri də əlavə edib:
"Komfort zonadan qaçış! Əks halda heç nə dəyişməyəcək. Özümüzə inam da itəcək. Güc də azalacaq, çünki lazım olmayacaq. Heyfdir axı... Biz axı daha çoxuna qadirik. Biz axı düşündüyümüzdən də bacarıqlıyıq.
Kəpənəklər öz qanadlarının nə qədər gözəl olduğundan xəbərsizdir, halbuki ətrafda hər kəsi bu gözəllik valeh edir. Biz axı kəpənəkdən bir az ağıllı olmalı idik... Çay yığanda gəldi bu fikirlər ağlıma... Çay yığa bilməsəm də, heç olmasa şəkil çəkdirdim".
Qalereya
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...