Leyla Əliyevanın tapşırığı ilə Rusiyadakı azərbaycanlı tələbələrə dəstək göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Təhlükəli epidemioloji vəziyyət və koronavirusun təkcə Rusiya Federasiyasının ərazisində deyil, bütün dünyada yayılması ilə bağlı artan risklərlə əlaqədar Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarına dəstək göstərilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, epidemiya səbəbindən bundan sonra yataqxanalarda qalmalarına icazə verilməyən və bununla da qalmağa yeri olmayan, kömək üçün müraciət edən tələbələrə RAGB tərəfindən yardım göstərilib. Təşkilat onların tezliklə Vətənə qayıtmaları ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...