Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ
Laçın rayonunda "Laçın İşğal və Zəfər Muzeyi Kompleksi" inşa ediləcək.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 9 milyon 905 min manat müəyyənləşdirilib.
Tikinti işlərini "Əsaslı Tikinti və Təchizat" MMC həyata keçirəcək.
Qeyd edək ki, lompleksin Laçının işğal dövrünün yaddaşının qorunması, şəhərin azadlığı uğrunda aparılan mübarizənin və Azərbaycanın əldə etdiyi zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm məkanlardan birinə çevrilməsi gözlənilir.
Layihənin həyata keçirilməsi Laçında yeni mədəni-tarixi obyektin formalaşmasına, işğal və zəfər tarixinin daha geniş auditoriyaya təqdim olunmasına, həmçinin şəhərin turizm potensialının artırılmasına töhfə verə bilər.
Oxşar xəbərlər
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Təmir...