Kürdəmirin sabiq icra başçısının cəzaçəkmə növü dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cəzaçəkmə növünün dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində onun müraciəti təmin edilib.
Belə ki, Ceyhun Cəfərovun cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, sabiq icra başçısı və Kürdəmir rayonunun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə endirilib.
Ali Məhkəmə isə Ceyhun Cəfərovun cəzasını azaldaraq üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası saxlayıb.
Oxşar xəbərlər
Sabiq icra başçısının cəzası azaldıldı
Ali Məhkəmədə Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində hökmdən verilmiş kassasiya şikayətinə...