Kürdəmirdə evləri uçan ailə: "Oğlumun biri Avropa çempionudur"
Kürdəmir rayonu Məhsəti Gəncəvi küçəsi, ev 12-də yaşayan Yaşar Əsgərov təqribən 50 il əvvəl çiy kərpicdən tikilmiş və dörd il öncə qəzalı vəziyyətə düşən evinin artıq bir neçə gündür ki, uçduğunu və bunun nəticəsində dörd nəfər ailə üzvünün evsiz qaldığını bildirib.
Baku TV-nin qaynar xəttinə müraciət edən ev sahibinin sözlərinə görə, bununla bağlı əvvəllər də aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, onun müraciətinə əhəmiyyət verən olmayıb. Hazırda çətin durumda qalan ailə aidiyyəti qurumlardan kömək istəyir.
"Ev tamamilə qəzalı vəziyyətə düşəndən sonra kirayə qalmalı olduq. 200 manat pulu çətinliklə ödəyirəm. İki övladım var. Oğlumun biri Avropa çempionudur. Onu bu sınıq-sökük evdə əziyyətlə böyütmüşəm. Ev başımıza uçsaydı, necə olacaqdı?!" - deyə zərərçəkən Şərəf Əsgərova bildirib.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Yaşar Əsgərova məxsus fərdi yaşayış evinə İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları ilə birlikdə baxış keçirilib.
Vətəndaşa bildirilib ki, İcra Hakimiyyətinin xərclər smetasında fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisi üçün vəsait nəzərdə tutulmadığından fərdi yaşayış evinin bərpası səlahiyyətləri xaricindədir.
Amma buna baxmayaraq, Kürdəmir RİH tərəfindən fərdi yaşayış evinin uçması barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinə rəsmi məktub vasitəsilə ünvanlanıb.
Məktub araşdırıldıqdan sonra ev sahibinə yekun məlumat veriləcək.
Oxşar xəbərlər
Ali məktəblər "Məzun günü"nü harada keçirəcək?
Universitetlərdə təhsil alan tələbələr üçün "Məzun günü" unudulmaz və xüsusi günlərdən biri hesab olunur. Hər il olduğu kimi, bu il də müxtəlif ali təhsil müəss...