Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - FOTO
18
iyn
2024
15:02
İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.
Bu barədə BAKU.WS-ə Xidmətdən məlumat verilib.
Bildirilib ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Bakıda hava kəskin dəyişəcək - Bu tarixlərdə... XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hid...