Külək əsib, dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA
Fevralın 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
BAKU.WS-in xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
Dağlıq rayonlara qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7, Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 sm olub.
Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olarağ küləyin sürəti Sədərək, Daşkəsən, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik, Ağdamda duman müşahidə olunur.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. BAKU.WS xəbər verir ki, bununla bağlı "Azəriş...