Körpəyə qarşı vəhşilik edən tərbiyəçi ilə bağlı qərar verildi - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkələrdə İsmayıllı rayonunda uşaq bağçalarının birində tərbiyəçinin 3 yaşlı uşağı döyməsini əks etdirən görüntülər yayımlanıb.
Baş verən hadisə ilə bağlı BAKU.WS-ə açıqlama verən İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev müəllimin işdən çıxarıldığını və azyaşlını döyənin onun doğma xalası olduğunu bildirib:
"Həmin tərbiyəçi ilə bağlı müvafiq tədbir görülüb. Bu vaxta qədər bağçaların qəbulu İcra hakimiyyəti tərəfindən həyata keçirilirdi. Biz isə onları yeni qəbul etməyə başlamışıq. Həmin tərbiyəçi işdən çıxarılıb. Bu gün o artıq öz iş yerini tərk edib. Hadisənin nə vaxt baş verdiyindən xəbərimiz yoxdur. Bilsəydik, vaxtında müəyyən tədbir görülərdi. Həmin tərbiyəçinin döydüyü uşaq onun bacısının övladıdır".
Qeyd edək ki, üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...