Koronavirusun yeni ştammı daha ciddi problem yarada bilər - Mütəxəssis
Yeniliklərdən dərhal xəbərdar olun
Güman edirik ki, COVİD-19 virusunun yeni ştammı yalnız yoluxduruculuq qabiliyyətinin artmasına, ölüm sayının isə azalmasına səbəb olacaq.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə həkim infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, əgər belə olarsa, virusla mübarizə aparmaq bir qədər asanlaşa bilər.
İnfeksionist qeyd edib ki, ölüm səviyyəsindən başqa, yoluxma sayının göstəricisi də xəstəliklə mübarizədə çox əhəmiyyətli məsələdir:
“Azərbaycanda indiyədək COVİD-19-a yoluxanlar arasında ölüm göstəricisi 2 faizi ötməyib. Amma yoluxma hallarının 50 faizinin ölümlə nəticələnə biləcəyi xəstəliklər var. Virusun yoluxdurma qabiliyyətinin sürətli olması bir problemdir. Amma onun öldürücülüyünün də eyni səviyyədə qalması daha ciddi bir problem yarada bilər”.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...