Koronavirusun yayılması üçün real təhlükə yaradan şəxsə cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bu barədə BAKU.WS-ə Siyəzən rayon prokurorluğundan məlumat verilib.
Belə ki, Siyəzən rayon sakini 1983-cü il təvəllüdlü Alıyeva Rüfanə İzahətdin qızı COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 04.12.2020-ci il tarixdə Siyəzən rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon Polis Şöbəsinə göndərilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarş...