Koronavirusun tam bitəcəyi dəqiq vaxt açıqlandı - VİDEO

Koronavirusun tam bitəcəyi dəqiq vaxt açıqlandı - VİDEO
Video
Sosial 2245

Rusiyalı alim koronavirusun gələn ilin ortalarında bitəcəyini söyləyib.

BAKU.WS xəbər verir ki, Rusiya Elmlər Akademiyasının üzvü, Moskva Dövlət Universiteti İmmunologiya və Molekulyar Biotibbi Mərkəzinin direktoru Mixail Paltsev insanların gələcək ilin ortalarında normal həyata geri dönə biləcəyini açıqlayıb.

Professor keçmişdə olduğu kimi bütün epidemiyaların 3 dalğa dövrünü keçdiyini bildirib.

“İlk dalğa olduqca güclü, ikinci dalğa ondan da güclü, üçüncü isə əksinə olaraq zəif olur.

Bunun səbəbi isə orqanizmdə virusa qarşı immunitet yaranmasıdır”- deyə Mixail Paltsev bildirib.

Müşahidələrə əsasən virusun gələn ilin yayında tamamilə yox olacağı bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər