Koronavirusun simptomları dəyişib - Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən illə müqayisədə koronavirusun simptomlarının dəyişdiyi müşahidə olunur.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin "İnstagram" hesabında canlı yayımda qonaq olarkən deyib.
Onun sözlərinə görə, simptomlar təxminən qrip və digər respirator xəstəliklərlə eynidir: "Hava-damcı infeksiyaları tənəffüs yollarını zədələyir.
Əvvəl koronavirus xəstələrində hərarət, quru öskürək, iy və dadbilmənin itməsi əsas simptomlar idisə, "Delta"da daha çox qrip və digər respirator xəstəliklərin əlamətləri müşahidə olunur. Hazırda iybilmə və dadbilmənin itməsinə daha az rast gəlinir.
Həmçinin, inkubasion müddətin daha qısa olduğunu və xəstəliyin daha tez ağırlaşmasını görürük. Yoluxma daha çox yaxın təmasda olan insanlar arasında müşahidə olunur.
Əvvəllər hər ailədən bir nəfər xəstələnirdisə, indi görürük ki, ailənin digər fərdləri də xəstəliyə qarşı müqavimətləri yoxdursa, yoluxurlar".
Oxşar xəbərlər
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza baxmayaraq...”
Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bir neçə aydır davam edən stabil vəziyyətin bir anda pozulması əhali arasında ciddi naraha...