Koronavirusun qurbanına kimlər ən çox çevirilir?

Koronavirusun qurbanına kimlər ən çox çevirilir?
Sosial 1010

Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-un hansı müalicə üsullarının ölümcül ola biləcəyini izah edib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Myasnikov həkim nəzarəti olmadan xəstənin aptekdən hər hansı dərman alıb istifadə etməsinə qarşı çıxıb. O bildirib ki, dərmanlar bəzi xəstələrdə əks təsir göstərir:

"Kəskin tənəffüs xəstəliklərində qandurulaşdırıcı dərmanın heç bir şəkildə kömək etməməsinə baxmayaraq, insanlar bundan istifadə edir.

Qanduruldan preparatlar əslində, kəskin tənəffüs yoluxucu infeksiyası olan xəstənin intiharı deməkdir.

Beyin və şiddətli mədə-bağırsaq qanaması diaqnozu ilə özünə iynə vuran qurbanlar artıq bizə müraciət edib.

Yadda saxlayın ki, koronavirusun müalicəsində steroid hormonları təhlükəlidir və əks göstəriş verir, antibiotiklər isə virusa təsir etmir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər