Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat

Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat
Sosial 45

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusun qarşısını almağın yeganə yolu peyvənddir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycanın tətbiq etdiyi peyvəndin əks-təsiri minimum səviyyədədir:

"Azərbaycanda vurulan "Sinovac" peyvəndi, bildiyimiz kimi, Çində istehsal olunur. Sözügedən peyvənd hazırkı dövrümüzün ən effektli və zərərsiz peyvəndidir və əks-təsirləri minimum səviyyədədir".

M.İbrahimqızı qeyd edib ki, "Sinovac" heç bir halda təhlükəli deyil, əksinə insan bədənində immunitet yaradır:

"Bu peyvənddən sonra da ola bilsin ki, müəyyən insanlar xəstəliyi yüngül şəkildə də olsa, keçirsin. Bu qətiyyən qorxulu deyil, əksinə bədəndə immunitet əmələ gəlir.

Əlbəttə, insanlar fərqli orqanizmə malikdirlər. Peyvənddən sonra ola bilər ki, kimdəsə çox yüngül narahatlıqlar yaransın, ancaq bu heç də təhlükəli bir şey deyil. Hesab edirəm ki, bu gün ən doğru addım peyvənd olunmaqdır. Mən də öz növbəmdə media vasitəsi ilə əhalini peyvənd olunmağa çağırıram".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər