“Koronavirusun laboratoriyadan çıxdığına dair faktlar gördüm” - Tramp

“Koronavirusun laboratoriyadan çıxdığına dair faktlar gördüm” - Tramp
Sosial 514

ABŞ Prezidenti Donald Tramp koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair sübut gördüyünü açıqlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Tramp bununla bağlı əlavə detalları deyə bilməyəcəyini bildirib:

“Çin bunu bilərəkdən və ya səhvən etmiş ola bilər. Araşdırmaçılarımız bu məsələ üzərində işləyirlər”.

Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) da tənqid edib:

“ÜST özündən utanmalıdır. Çinin ictimaliyyətlə əlaqələr agentliyi kimi işləyir. Bu virus Çində dayandırıla bilərdi, amma indi bütün dünyada yayılıb. Baş verənlərdən məmnun deyilik”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər