Koronavirusun gözlənilməz əlaməti açıqlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dırnaqlarda xətlər və ya şırımlar koronavirus keçirmənin əlaməti ola bilər.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, belə gözlənilməz simptom barədə britaniyalı professor Tim Spektor bəyan edib.
O, özünün “Twitter” hesabında belə dırnaqların fotosunu paylaşıb.
Bununla belə, professor əlamətin hamıda görülmədiyini vurğulayıb.
“Bu səpkilər, qırışlar və sair kimi simptomlardan biridir”, - deyə o, qeyd edib.
T.Spektor əlavə edib ki, dırnaqda xətlər zərərsiz görünsə də, onların qəfil ortaya çıxması nəinki koronavirus, həmçinin qızılca, skarlatina, yaxud qulaqdibi xəstəliyinin əlaməti ola bilər, bundan başqa qalxanvari vəzi, diabet və anemiya zamanı ortaya çıxa bilər.
Do your nails look odd? COVID nails are increasingly being recognised as the nails recover after infection and the growth recovers leaving a clear line. Can occur without skin rashes and appears harmless pic.twitter.com/Q1Lfdrc9Dc
— Tim Spector (@timspector) May 3, 2021
Oxşar xəbərlər
COVID-19 xəstəsi təyyarədə hamını belə yoluxdura bilər - VİDEO
Koronavirusa yoluxmuş bir şəxs təyyarədəki bütün digər insanları bu virusa yoluxdura bilər. BAKU.WS xəbər verir ki, bu ssenarinin necə gerçəkləşməsini Perdue Un...