Koronavirusu simptomsuz keçirənlərə xəbərdarlıq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“AstraZeneca”nın qan laxtalanmasına səbəb olması riski təsadüf olduğu üçün ÜST tərəfindən qəbul edilib.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında türkiyəli həkim İsmail Balık deyib. O bildirib ki, “AstraZeneca”nın tətbiqinin yaxından müşahidə edilməsinə ehtiyac var:
“Hamilə qadınlarda qəbul edilən dərmanlarla əlaqədar sözügedən peyvəndin tətbiqi qan laxtalanma riskini artırdığı üçün onun bu dərmanları qəbul etməyən, yaşı yuxarı qadın və kişilərə vurulması tövsiyə edilir. Bunun xaricində isə hansısa məhdudiyyətlər olmadı.
Bu peyvənd milyonlarla insana vuruldu, onunla bağlı narahat olmağa ehtiyac yoxdur. Çox nadir halda, yəni milyon nəfər arasında 5-6 dəfə müşahidə edilə bilən bu yan təsir rahatlıqla nəzərə alınıb, istifadə edilə bilər”.
Həkim onu da qeyd edib ki, koronanı simptomsuz keçirən şəxslərdə də sonradan bəzi xəstəliklər yarana bilir:
“Hər kəsin peyvənd olunmasını tövsiyə edirik. Çünki koronavirusu simptomsuz keçirənlərin 30 faizində belə saç tökülməsi, şəkər, ürək, ağciyər xəstəlikləri və kişi sonsuzluğuna səbəb olan hallar ortaya çıxır”.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...