Koronavirusla bağlı sayta haker hücumu olub

Koronavirusla bağlı sayta haker hücumu olub
Sosial 748

Koronavirusinfo.az saytına haker hücumu olub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılmış www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.

Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.

Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər