Koronavirusla bağlı növbəti xəbərdarlıq

Koronavirusla bağlı növbəti xəbərdarlıq
Sosial 368

Hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir.

BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı koronavirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.

ETSN və AQTA həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.

ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “qaynar Xətt”inə məlumat verməyə çağırır.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış 2019-nCoV koronavirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.

Əldə olunan təcrübəyə əsasən 2019-nCoV koronovirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Spirtli içkilərlə bağlı əhaliyə müraciət edildi

Spirtli içkilərlə bağlı əhaliyə müraciət edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kustar üsulla hazırlanmış spirtli içkilərlə bağlı yenidən əhaliyə müraciət edib. AQTA-nın ictimaiyyətlə əlaqələr...

1550 Sosial 13:40 05 yanvar 2020

Son xəbərlər