Bakıda şadlıq sarayları cəzalandırılıb – SİYAHI

Bakıda şadlıq sarayları cəzalandırılıb – SİYAHI
Sosial 3317
Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.F.Mütəllimovun sözlərinə görə, “Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb. Bu istiqamətdə işlər davam etdirilir:"Manqal, Tərxun, Viana, Fəridə, Pak dad, Hollywood, Versal palace, Xudafərin, Mona Liza, Abqora, Opera, Golden Ring, Qızıl Buta, Ümid ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb, 133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb".BAKU.WS

Son xəbərlər